xəbərlər

Abşeron rayonunun Xırdalan şəhər məktəbliləri Polis Akademiyasında keçirilən “Açıq qapı” tədbirində iştirak ediblər

30.04.2025

 30 aprel 2025-ci il tarixində DİN-in Polis Akademiyasında keçirilmiş “Açıq qapı” tədbirinin qonağı Abşeron rayonu Xırdalan şəhərinin 2, 5, 7, 9 nömrəli məktəblərin             8-10-cu sinif şagirdləri olublar.
Qonaqlar Akademiyada yaradılmış təhsil mühiti, o cümlədən tədris korpusları, kriminalistik şəhərciyi, mühazirə zalları, “Məhkəmə zalı”, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, auditoriyalar, elektron kitabxana, kursant yeməkxanası, qapalı atıcılıq tiri və krossfit meydançası ilə tanış olublar.
Polis Akademiyasının tarixi, kursantların maddi, sosial təminatları və burada təhsilin üstünlükləri barədə geniş məlumatlar verilib, həmçinin rəsmi saytda yerləşdirilmiş “Virtual Akademiya” platformasından istifadə edərək tədris müəssisəsi ilə tanış olmaq imkanı şagirdlərin nəzərlərinə çatdırılıb, xatirə şəkli çəkilib.

 
 
 
 
 
 
 

 
 
Geriyə | Çap versiyası