xəbərlər
Polis Akademiyasının əməkdaşı Konstitusiya Məhkəməsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş elmi-nəzəri konfransda iştirak edib
07.05.2025
07 may 2025-ci il tarixində Konstitusiya Məhkəməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyası: müasir hüquqi dövlətçiliyinin təməli kimi” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Tədbirdə müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışılaraq bütün sahələrdə qazanılan uğurların dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğu bildirilib. Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Konfransda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nümayəndələri iştirak ediblər.
Daha sonra konfransın praktiki hissəsində müxtəlif hüquqi mövzular üzrə məruzələr təqdim edilib, çıxışlar üzrə geniş fikir mübadiləsi aparılıb. Tədbirdə iştirak edən Polis Akademiyasının Dövlət və hüquq nəzəriyyəsi kafedrasının rəisi, polis polkovniki Babək Nəsirov “Azərbaycan Respublikasının Konstitusiyası dövlətçiliyimizin suverenlik rəmzidir” mövzusunda çıxış edib.