xəbərlər
Təcrübəli mütəxəssislər Polis Akademiyasında dərslərdə iştirak edərək öz zəngin təcrübələrini bölüşüblər
08.05.2025
25 aprel-08 may 2025-ci il tarixlərində Polis Akademiyasında nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipinə əsaslanaraq kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, nəzəri biliklərinin möhkəmləndirilməsi və təcrübədə tətbiq etmə bacarığının inkişaf etdirilməsini təmin etmək məqsədilə Akademiyaya dəvət olunmuş təcrübəli mütəxəssislərin iştirakı ilə mühazirə dərsləri keçirilib.
Müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə qonaq qismində iştirak edən Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi “Oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin araşdırılması metodikası”, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin idarə rəisi “Mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin təşkili və taktikası”, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Pasport İdarəsinin rəis müavini “Polis orqanlarının pasport-qeydiyyat fəaliyyəti”, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi “İnsan alveri cinayətlərinin qarşısının alınması və açılması” Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov “Azərbaycan Respublikasının Prezidenti” mövzuları üzrə mühazirə dərslərində iştirak ediblər.
Mövzulara əsasən qonaqlar tərəfindən kursantlara Azərbaycan Respublikası Prezidentinin hüquqi statusu, seçkilərinin hüquqi əsasları, səlahiyyətləri və qanunvericilik prosesində iştirakı, ayrı-ayrı cinayətlərin kriminalistik xarakteristikası, bu növ cinayət hadisələri üzrə cinayət işi başlamanın xüsusiyyətləri və sübut edilməli olan hallar, ilkin istintaq hərəkətlərinin və sonrakı istintaq hərəkətlərinin taktiki xüsusiyyətləri və bu sahədə yaranmış təcrübi problemlərə dair məsələlər, radikal dini ekstremizm, narkotiklərə qarşı mübarizənin aktual problemləri, insan alveri cinayətlərinin qarşısının alınması və açılması izah edilib, istintaqı aparılmış cinayət işlərindən çıxarışlar və videogörüntülər nümayiş etdirilib.
Mütəxəssislərin iştirakı ilə keçirilən mühazirə dərsləri kursantlar tərəfindən böyük maraqla qarşılanıb. Onları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb və mövzular ətrafında müzakirələr aparılıb.