xəbərlər
Polis Akademiyasının əməkdaşları beynəlxalq elmi-praktik videokonfransda iştirak ediblər
16.05.2025
16 may 2025-ci il tarixində Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin B.Beysenov adına Qaraqanda Polis Akademiyası tərəfindən keçirilən “Kursantlar və tələbələrlə psixoloji iş: milli və xarici təcrübə” adlı beynəlxalq elmi-praktik videokonfransda AR DİN-in Polis Akademiyasının Şəxsi heyətlə iş üzrə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Amil Mahmudov, həmin şöbənin psixoloqu, polis mayoru Azər Hüseynov, o cümlədən Hüquq fakültəsinin III kurs rəisi, polis polkovnik-leytenantı Fariz Yusibov iştirak ediblər.
Elmi-praktik videokonfransda “Təhsil müəssisələrində psixoloji işin təşkili”, “Kursantlara və tələbələrə psixoloji dəstək”, “İntizam məsuliyyətinə cəlb edilmiş əməkdaşlarla psixoloji iş”, “Kursantlar arasında maddə istifadəsi hallarının öyrənilməsi üsulları”, “Klassik musiqinin kursantların tərbiyəsində psixoloji rolu”, “Kursantların adaptasiyasında psixoloji və pedaqoji dəstək: nəzəri əsaslar və praktiki nəticələr” mövzuları ətrafında geniş təcrübi çıxışlar edilib, təcrübə bölgüsünə əsaslanan diskussiya aparılıb.
Tədbirin sonunda Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin B.Beysenov adına Qaraqanda Polis Akademiyasının rəisi hüquq elmləri doktoru, polis polkovniki Biekenov Nurlan Amangeldinoviç elmi-praktik videokonfransın iştirakçılarına öz dərin təşəkkürünü bildirib və gələcəkdə də bu kimi elmi-praktik konfransların təşkilinin əhəmiyyətini vurğulayıb.