xəbərlər
Təcrübəli mütəxəssislər Polis Akademiyasında dərslərdə iştirak edərək öz zəngin təcrübələrini bölüşüblər
30.05.2025
23-30 may 2025-ci il tarixlərində Polis Akademiyasında nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipinə əsaslanaraq kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, nəzəri biliklərinin möhkəmləndirilməsi və təcrübədə tətbiq etmə bacarığının inkişaf etdirilməsini təmin etmək məqsədilə Akademiyaya dəvət olunmuş təcrübəli mütəxəssislərin iştirakı ilə mühazirə dərsləri keçirilib.
Müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə qonaq qismində iştirak edən DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Təşkilati-inspektor şöbəsinin rəisi “Nəqliyyatda polis orqanlarının xidmətinin təyinatı və işinin təşkili”, DİN-in Baş Mühafizə İdarəsinin rəisi “Polis orqanlarının mühafizə xidmətinin təyinatı və işinin təşkili” mövzuları üzrə mühazirə dərslərində iştirak ediblər.
Mövzulara əsasən qonaqlar tərəfindən kursantlara nəqliyyatda polis orqanlarının xidmətinin təyinatı və işinin təşkili, yol hərəkəti qaydalarının pozulması və yol-nəqliyyat hadisələri üzrə təhqiqat aparılması, səlahiyyətləri daxilində inzibatı tənbeh tədbirlərinin tətbiqi, polis orqanlarının mühafizə xidmətinin təyinatı və işinin təşkili, polis orqanlarının mühafizə xidməti, qanunvericiliyi və cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi, vətəndaşların hüquqlarının və əmlakının qorunması barədə geniş məlumatlar verilib.
Mütəxəssislərin iştirakı ilə keçirilən mühazirə dərsləri kursantlar tərəfindən böyük maraqla qarşılanıb. Onları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb və mövzular ətrafında müzakirələr aparılıb.