xəbərlər
Polis Akademiyasının əməkdaşı Təhsil Forumunda iştirak edib
08.06.2025
08 iyun 2025-ci il tarixində DİN-in Polis Akademiyasının Dil hazırlığı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, polis baş leytenantı Aynur Səfərli “Türkiyə-Azərbaycan qardaşlığı Təhsil Forumu”nda iştirak edib.
EDU Forum MMC, Təhsil Forumu – Təhsil Forumu Sosial Platforması və Türkiyə Cümhuriyyətinin Üsküdar Universitetinin təşkilatçılığı ilə keçirilən Forum Türkiyə və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və gələcək inkişaf perspektivlərinin müzakirə edilməsi məqsədilə təşkil edilib.
Forumda Üsküdar Universiteti, Azərbaycan Atatürk Mərkəzi, Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyi, Təhsil İşçilərinin Həmrəyliyi Alyansının nümayəndələri, təhsil ekspertləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları və yüzə yaxın təhsil işçisi iştirak ediblər. Forum çərçivəsində iştirakçılar Üsküdar Universitetinin qurucu rektoru prof.dr. Kaşif Nevzat Tarhan tərəfindən həyata keçirilən “Təhsildə pozitiv psixologiya” (“Eğitimde pozitiv psikoloji”) adlı seminarda iştirak ediblər. Seminar dinləyiciləri Sertifikatla təltif olunublar.