xəbərlər
Vəkillər Kollegiyasının vəkili Fərid Həsənov Polis Akademiyasında mühazirə dərsində iştirak edib
09.06.2025
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə DİN-in Polis Akademiyası arasında imzalanmış Qarşılıqlı Əməkdaşlığa dair Memorandum çərçivəsində 09 iyun 2025-ci il tarixində “Hüquq-mühafizə orqanları” fənni üzrə keçirilən interaktiv dərsdə qonaq qismində iştirak edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Fərid Həsənov “Azərbaycan Respublikasında Vəkillik” mövzusunda keçirilən mühazirədə iştirak edib. F.Həsənov vəkilliyin strukturu, xidmətə qəbul olunma şərtləri, cinayət prosesində vəkilin iştirakı barədə kursantlara geniş məlumat verib. Eyni zamanda Polis Akademiyası ilə Vəkillər Kollegiyası arasında imzalanmış memorandumdan irəli gələn məsələlərdən də bəhs edib.
Keçirilən mühazirə dərsi kursantlar tərəfindən böyük maraqla qarşılanıb. Onları maraqlandıran suallar təcrübəli mütəxəssis tərəfindən cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.
Keçirilən mühazirə dərsi kursantlar tərəfindən böyük maraqla qarşılanıb. Onları maraqlandıran suallar təcrübəli mütəxəssis tərəfindən cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.



