xəbərlər
Polis Akademiyasında “Azərbaycan Respublikasının Konstitusiyası suverenliyin və insan hüquqlarının təmin olunmasında mühüm hüquqi bazadır” mövzusunda dəyirmi masa keçirilib
11.06.2025
11 iyun 2025-ci il tarixində Polis Akademiyasında “İnsan Hüquqları Aylığı” ilə bağlı “İnsan Hüquqları Günü” və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Azərbaycan Respublikasının Konstitusiyası suverenliyin və insan hüquqlarının təmin olunmasında mühüm hüquqi bazadır” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları və DİN-in Polis Akademiyasının professor-müəllim heyəti, kursant və magistrlər iştirak edib.
İlk olaraq Ümumilli Lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Polis Akademiyası rəisinin birinci müavini, polis polkovniki, h.ü.f.d Vüqar Mansurov tədbiri açıq elan edərək qonaqları salamlayıb və dəyirmi masanın işində uğurlar arzulayıb. Sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov və Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyəti sədrinin müavini, h.ü.f.d Vəfaddin İbayev çıxış edərək insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqinin Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq, “İnsan Hüquqları Aylığı” çərçivəsində hüquq və azadlıqların təbliği, ictimaiyyətin hüquqi biliklərinin artırılması, insan hüquqları sahəsində müasir çağırışların müzakirəsinin həyata keçirilməsinin zəruriliyi və bu işdə Polis Akademiyasının da rolunu xüsusilə qeyd ediblər.
Daha sonra tədbir iştirakçılarının “Konstitusiyada və beynəlxalq hüquqda insan hüquqları və suverenlik: müasir yanaşmalar və hüquqi çərçivə”, “Azərbaycan Respublikasının Konstitusiyası dövlətçiliyimizin suverenlik rəmzidir”, “İnsan hüquqlarına süni intellektin təsiri: Şəxsi toxunulmazlıq hüququ və hüquqi tənzimləmə perspektivləri”, “Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının əsas təminatçısıdır”, “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsinin hüquqi vasitələri” mövzularında çıxışları maraqla dinlənilib. Tədbirin sonunda çıxışlar ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.