xəbərlər
DİN-in Polis Akademiyasının əməkdaşı beynəlxalq elmi-praktik konfransda iştirak edib
10.06.2025
2025-ci il 10 iyun tarixində Rusiya Federasiyası DİN-in Krasnodar Universitetinin təşkilatçılığı ilə “Hüquq-mühafizə fəaliyyətinin inzibati-hüquqi tənzimlənməsi: nəzəriyyə və təcrübə” mövzusunda video-konfrans formatında keçirilən beynəlxalq elmi-praktik konfransda Polis Akademiyasının DİO-nun inzibati fəaliyyəti kafedrasının dosenti, polis polkovniki, h.ü.f.d., dosent Şahin Şükürov iştirak edib.
Beynəlxalq elmi-praktik konfrans çərçivəsində “İnzibati məsuliyyətin hüquqi tənzimlənmə problemləri”, “Özbəkistan Respublikasında ictimai təhlükəsizlik sahəsində kadrların hazırlanmasının müsbət təcrübəsi”, “Miqrasiya məcburetmənin xüsusi tədbirlərin (inzibati məcburetmə tədbirləri sistemində yeni elementin formalaşması məsələsinə dair)” mövzularında elmi məruzələr dinlənilib. Ş.Şükürov “İnzibati hüquq elminin bəzi məsələləri barəsində” mövzusunda məruzə ilə çıxış edib.
Elmi-praktik konfransda məruzələr ətrafında müzakirələr aparılıb. Ümumilikdə konfrans səmərəli və işgüzar şəkildə baş tutub.