xəbərlər
Polis Akademiyasında “Milli Qurtuluş Günü”nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” adlı bilik yarışı keçirilib
12.06.2025
12 iyun 2025-ci il tarixində Polis Akademiyasında “Milli Qurtuluş Günü”nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” adlı bilik yarışı keçirilib. Bilik yarışının keçirilməsində məqsəd kursantların Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və gənc nəsil arasında təbliği, eyni zamanda gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılmasını təmin etməklə onların intellektual səviyyələrinin yüksəldilməsidir.
Bilik yarışı açıq elan olunduqdan sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Daha sonra Akademiya rəisinin birinci müavini, polis polkovniki, h.ü.f.d. Vüqar Mansurov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb. Aparıcı komandaların üzvlərini və münsiflər heyətini izləyicilərə təqdim etdikdən sonra yarışın qaydaları və şərtləri barədə məlumat verilib. Yarışda I və II kurs kursantları arasından hər birinin tərkibində 5 nəfər olmaqla 8 komanda mübarizə aparıb. Bilik yarışı 3 mərhələdə davam edib, hər mərhələdə 8 sual səsləndirilib. Hər mərhələnin sonunda münsiflər heyəti tərəfindən nəticələr auditoriyaya elan edilib.
Sonda II kursun “Oğuz” komandası ümumilikdə 14 xal toplayaraq birinci, II kursun “Təfəkkür” komandası 13 xalla ikinci, I kursun “Hilal” və “Şuşa” komandaları isə hər biri 10 xal qazanmaqla üçüncü yeri qazanıblar. Bilik yarışının sonunda qələbə qazanan II kursun “Oğuz” komandasının üzvləri mükafatlandırılıb və xatirə şəkilləri çəkilib