xəbərlər
Polis Akademiyasında magistratura təhsil səviyyəsi üzrə magistrlik dissertasiyalarının müdafiəsi həyata keçirilib
12.06.2025
11-12 iyun 2025-ci il tarixlərində Polis Akademiyasında 2024/2025-ci tədris ilinin magistratura təhsil səviyyəsi üzrə magistrlik dissertasiyalarının müdafiəsi həyata keçirilib. Polis Akademiyasında təhsil alan II kurs magistrantların magistrlik dissertasiyalarının müdafiəsi üçün təşkil edilmiş İxtisaslaşdırılmış Elmi Şuranın iclası keçirilib. Elmi Şuranın iclasında Akademiyanın “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan 10 magistrantı magistrlik dissertasiyalarını təqdim ediblər.
İxtisaslaşdırılmış Elmi Şuranın tərkibində Akademiya rəhbərliyi, professor-müəllim heyəti ilə yanaşı, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Baş Prokurorluğun Elm-Tədris Mərkəzi, Bakı Dövlət Universiteti, “Azal” QSC-nin Milli Aviasiya Akademiyasının nümayəndələri magistrlik dissertasiya işlərinin müdafiəsində iştirak ediblər.
Müdafiələr zamanı magistrlər elmi-tədqiqat işlərinin əsas nəticələrini təqdim edib, mövzular üzrə nəzəri biliklərini və analitik təhlil bacarıqlarını nümayiş etdiriblər. Dissertasiya işləri təqdim edildikdən sonra müzakirələr aparılıb, Şura üzvləri çıxış edərək tədqiqatların elmi əsaslandırılması, aktuallığı və praktik əhəmiyyətini yüksək qiymətləndirib və öz sual, təklif və tövsiyələrini bildiriblər. Dissertasiya işlərinin müzakirəsindən sonra açıq səsvermə keçirilib, hər bir iş üzrə qiymətləndirmə aparılıb. Sonda qiymətləndirmənin nəticələrinə əsasən 10 magistranta “magistr” elmi-ixtisas dərəcəsi verilməsinə qərar verilib.