xəbərlər

Azərbaycan Respublikası DİN-in İdman Cəmiyyətinin təşkilatçılığı ilə "Güllə atıcılığı" üzrə yarış keçirilib

27.06.2025

27 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası DİN-in İdman Cəmiyyətinin təşkilatçılığı ilə "Güllə atıcılığı" üzrə yarış keçirilib. Yarışda Polis Akademiyası, Çevik Polis Alayı, Baş Dövlət Yol Polisi İdarəsi, Daxili Qoşunlar, Baş Mühafizə İdarəsi, Nəqliyyatda Baş Polis İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi iştirak edib.

Güllə atıcılığı üzrə yarış 3 mərhələdə həyata keçirilib. Yarışın obyektiv keçirilməsi və nəticələrin düzgün qiymətləndirilməsi məqsədilə münsiflər heyəti təyin olunub.

Komanda yarışları üzrə nəticələrə əsasən Polis Akademiyasının yığma komandası 1-ci hərəkət üzrə 116 bal, 2-ci hərəkət üzrə 288 bal, 3-cü hərəkət üzrə 231 bal, ümumilikdə isə 635 bal yığaraq baş idarələr, idarələr və digər qurumlar arasında 1-ci yerə layiq görülüb. II və III yer üzrə qaliblər isə Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taboru və Daxili Qoşunların komandaları olublar.
 
 
  
Geriyə | Çap versiyası