xəbərlər
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında buraxılışa həsr olunmuş təntənəli mərasim keçirilib
02.07.2025
01 iyul 2025-ci il tarixində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2024-2025-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak edib. İlk olaraq xalqımızın Ümummilli lideri Heydər Əliyevin, şəhidlərimizin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış, xidməti borcunu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Əlamətdar gün münasibəti ilə daxili işlər naziri Vilayət Eyvazov ötən 107 ildə polisin keçdiyi çətin sınaqlarla dolu şərəfli və zəngin xidmət yolu, cinayətkarlığa qarşı mübarizədə qazandığı təcrübələr, daxili sabitliyin təmin edilməsi, daxili işlər orqanlarının fəaliyyətinin təşkili istiqamətində görülən işlərdən danışıb və Polis Akademiyasının məzunlarını təbrik edib.
Mərasimdə məruzə ilə çıxış edən Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov 2024-2025-ci tədris ilində sistemli şəkildə təşkilati və tədris-metodiki tədbirlərin həyata keçirilməsi, tədris prosesində innovativ təlim metodlarından geniş istifadə olunması, respublikanın tanınmış alim və mütəxəssislərinin Akademiyada keçirilən dərslərə cəlb edilməsi, təhsilalanların döyüş hazırlığının yüksəldilməsi, psixoloji dayanıqlığın, hərbi təlimlərin keçirilməsi, kursantların beynəlxalq və yerli bilik yarışmalarında, müsabiqə və elmi-praktik konfranslarda, hərbi və idman yarışlarında fərqləndiklərini bildirib. Eyni zamanda analitik düşüncəyə, yüksək dil biliklərinə, sahəvi peşə bacarıqlarına malik kursantların yetişdirilməsi məqsədilə Akademiyada kurs və dərnəklərin fəaliyyət göstərdiyini qeyd edib.
Akademiya rəisi çıxışının sonunda Cənab nazirə göstərdiyi diqqət və qayğıya görə Akademiya kollektivi adından dərin minnətdarlığını bildirib. Kursantlar adından əlaçı məzun, polis baş leytenantı Kənan Qurbanlı çıxış edərək cənab nazirə və Akademiyanın professor-müəllim heyətinə aldıqları yüksək səviyyədə təhsilə görə təşəkkürünü, vətənə, dövlətə şərəflə xidmət edəcəklərini bildirib. Cənab nazir Polis Akademiyasını fərqlənmə ilə bitirmiş məzunlara diplomlar təqdim edib. Tədbirin sonunda şəxsi heyət təntənəli keçidlə tribunanın qarşısından keçib.