xəbərlər
Polis Akademiyasında “Bilik günü” və andiçmə mərasimi keçirilib
15.09.2025
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris ilinin başlanması ilə əlaqədar “Bilik günü” və I kurs kursantlarının “Polis Andı”nı qəbul etmələri ilə müşayiət olunan təntənəli mərasim keçirilib. Tədbirə başlamazdan öncə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan igid oğullarımızın, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan həmkarlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının dövlət himni ifa edilib.
Mərasimi giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov iştirakçıları salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun təbrikini, cənab nazirin Akademiyaya yeni qəbul olmuş kursantlara təhsil və təlim prosesində uğurlar arzuladığını, dövlətimizin, eləcə də Azərbaycan Polisinin adını uca tutmağı, eyni zamanda, bilik və təcrübələrini, peşəkar və fiziki hazırlıq səviyyələrini daim inkişaf etdirmələrini onlara tövsiyə etdiyini şəxsi heyətə çatdırıb. Ötən dövr ərzində əldə olunmuş nailiyyətlərə toxunan Akademiya rəisi müasir meyarlara cavab verən təhsil prosesinin həyata keçirilməsi və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilən peşəkar polis kadrlarının hazırlığı istiqamətində qarşıya qoyulmuş vəzifələrin bundan sonra da əzmlə yerinə yetiriləcəyini vurğulayıb.
2024-2025-ci tədris ilini müvəffəqiyyətlə başa vurmuş IV kurs kursantı E.Abbasov çıxış edərək göstərilən qayğı, etimad və dəstəyə görə Akademiya rəhbərliyi və elmi pedaqoji kollektivinə öz təşəkkürünü bildirib.
Tədbirin davamı olaraq 2024-2025-ci tədris ilini müvəffəqiyyətlə başa vuraraq tədris və idman nəticələrinə görə Polis Akademiyasının kursantları arasında “Əlaçı kursant” və II dərəcəli “İdmançı kursant” döş nişanlarına layiq görülmüş, habelə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən I və lll ixtisas qrupları üzrə keçirilmiş imtahanlarda 650 və yuxarı bal toplayaraq Polis Akademiyasına qəbul olmuş gənc kursantlara Akademiya rəisi C.Daanov tərəfindən qiymətli hədiyyələr təqdim edilib.
Mərasim I kurs kursantlarının "Polis Andı”nı qəbul etmələri ilə davam edib. Daha sonra I kurs kursantı H.Hacıyev çıxış edərək bu əlamətdar gün münasibətilə kurs yoldaşlarını təbrik edib.
Sonda şəxsi heyət təntənəli keçid ilə tribunanın qarşısından keçib.