xəbərlər
Lokal xarakterli antiterror əməliyyatının ildönümü ilə əlaqədar Polis Akademiyasında bir sıra tədbirlər keçirilib
19.09.2025
19 sentyabr 2025-ci il tarixdə DİN-in Polis Akademiyasında böyük sıra meydanında zabit və kursantların iştirakı ilə antiterror tədbirlərinin ildönümü ilə bağlı tədbir keçirilmişdir. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Dövlət Himni ifa edilmişdir.
Tədbirdə İctimai elmlər kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı, tarix üzrə fəlsəfə doktoru Əfqan Qasımzadə çıxış edərək bildirdi ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz Vətən müharibəsində tarixi zəfər qazandı. Bu qələbədən sonra Azərbaycan hər zaman sülh çağırışları edərək 10 noyabr Bəyanatına sadiq qalsa da, lakin Ermənistan tərəfindən təxribatlar davam etməkdə idi. Bu təxribatlar zamanı həm hərbi qulluqçularımız və polis əməkdaşlarımız, həm də mülki vətəndaşlar həyatını itirmişdir. Təxribatların qarşısının alınması və Ermənistan ordusunun qalıqlarının torpaqlarımızdan çıxarılması üçün Azərbaycan ordusu tərəfindən antiterror tədbirlərinin keçirilməsi zəruri idi. Cəmi 23 saat 43 dəqiqə davam etmiş antiterror tədbirləri ilə düşmən ağ bayraq qaldıraraq təslim oldu və Azərbaycan öz suverenliyini bərpa etdi.
Eyni zamanda Akademiyada keçirilən ilk dərslərdə antiterror əməliyyatı barədə müəllimlər tərəfindən kursantlara qısa məlumatlar təqdim edilmişdir.
















