xəbərlər
Polis Akademiyasının əməkdaşı Bolqarıstanda keçirilən beynəlxalq elmi konfransda iştirak edib
26.09.2025
24–26 sentyabr 2025-ci il tarixlərində Bolqarıstanın Burqas şəhərində keçirilən “Təhlükəsizlik və cinayətkarlıqla mübarizə: hüquq-mühafizə sahəsində yeni meyillər” adlı beynəlxalq elmi konfransda Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Cinayət prosesi kafedrasının müəllimi, polis baş leytenantı Xalid Qasımov iştirak edib.
Konfransda hüquq-mühafizə orqanlarının fəaliyyəti, cinayətkarlıqla mübarizədə qarşıya çıxan çağırışlar, habelə müasir texnologiyaların – xüsusilə süni intellekt və rəqəmsal innovasiyaların – tətbiqi ilə bağlı aktual məsələlər müzakirə olunub.
Tədbirdə X.Qasımov “Süni intellekt modellərinin müasir cinayətlərin istintaqında rolu və gələcək perspektivləri” adlı məqalə ilə çıxış edib. Məqalədə süni intellekt texnologiyalarının istintaq prosesinə inteqrasiyası, onların verdiyi imkanlar, hüquqi çərçivələr və tətbiq potensialı təhlil olunub.
Konfrans hüquq-mühafizə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübələrin bölüşdürülməsi və innovativ yanaşmaların tətbiqi baxımından əhəmiyyətli platforma rolunu oynayır.