xəbərlər

Polis Akademiyasında Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

27.09.2025

 27 sentyabr – Anım Günü və 44 günlük Vətən müharibəsində qazanılmış Qələbənin 5-ci ildönümü ilə əlaqədar olaraq Akademiyada bir sıra silsilə tədbirlər həyata keçirilib.Tədbirlər çərçivəsində Akademiyanın birinci kursunun bir qrup kursantı Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu Xiyabanı, Zəfər parkını və “Hərbi Qənimətlər Parkı”nı ziyarət ediblər. Kursantlara Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərilən qəhrəmanlıq nümunələri və əldə olunan uğurlar barədə geniş məlumat verilib.

Polis Akademiyasının rəisi Qarabağ müharibələrində şəhid olmuş qəhrəmanların yaxın qohumları olan I-IV kurs kursantları ilə görüş keçirib. Görüş zamanı rəis şəhidlərimizin misilsiz şücaətindən bəhs edərək, şəhidliyin ən ali məqam olduğunu qeyd edib və onların xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib.

 27 sentyabr 2025-ci il tarixində Polis Akademiyasında keçirilən ilk dərslərdə 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbə barədə kursantlara ətraflı məlumat verilib, dövlətimizin ərazi bütövlüyünün bərpası naminə həyata keçirilmiş uğurlu hərbi əməliyyatların siyasi və tarixi əhəmiyyəti vurğulanıb, torpaqlarımızın işğaldan azad edilməsində qəhrəman Azərbaycan Ordusunun göstərdiyi şücaət və rəşadətdən bəhs olunub.
Keçirilən tədbirlər və fəaliyyətlər şəhidlərin əziz xatirəsinin yad olunması, gənc nəsildə vətənpərvərlik ruhunun yüksəldilməsi, dövlətçilik və ordu quruculuğu istiqamətində qazanılan nailiyyətlərin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
 
 
 
 
 
 
 
  
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
Geriyə | Çap versiyası