xəbərlər
Polis Akademiyasının nümayəndəsi “ReadENG – İngilis dili müəllimlərinin I Forumu”nda iştirak edib
29.09.2025
28 sentyabr 2025-ci il tarixində ReadENG nəşriyyatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq “ReadENG – İngilis dili müəllimlərinin I Forumu” keçirilib. Tədbirdə Polis Akademiyasını Dil hazırlığı kafedrasının rəisi, polis polkovniki Elçin Orucov təmsil edib. Forum “Xarici dilin tədrisində çağırışlar” mövzusuna həsr olunub və ingilis dili müəllimləri üçün peşəkar inkişaf, təcrübə mübadiləsi və innovativ yanaşmaların paylaşılması baxımından mühüm platforma olub.
Tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Himn "Danışan Mələklər" qrupu tərəfindən bədii şəkildə müşayiət olunub.
Panel müzakirələri çərçivəsində panelin moderatoru olan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova müzakirəyə rəhbərlik edib və forumun əsas mövzuları ətrafında istiqamətləndirici suallar ünvanlayıb. Təhsil sahəsinin nüfuzlu mütəxəssisləri Polis Akademiyasının Dil Hazırlığı kafedrasının rəisi, polis polkovniki Elçin Orucov, ADU-nun Tərcümə fakültəsinin dekanı, professor Bənövşə Məmmədova, Dövlət Gömrük Komitəsi Akademiyasının ingilis dili müəllimi Taira Axundova çıxış edərək xarici dil tədrisində praktiki çağırışlar, tələbələrin motivasiyası, süni intellekt və müasir texnologiyaların istifadəsi və müəllimlərin davamlı inkişaf yolları barədə müzakirələr aparıblar.
Ümumilikdə tədbir işgüzar və səmərəli şəkildə baş tutub, forum iştirakçılarına sertifikatlar təqdim olunub.