xəbərlər

Polis Akademiyasının əməkdaşları Baş Prokurorluğun Elm-Tədris Mərkəzində keçirilmiş tədbirdə iştirak ediblər

03.11.2025

30 oktyabr 2025-ci il tarixində Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Vətən müharibəsində qələbənin 5-ci ildönümünə həsr olunmuş “Gənclərin gözü ilə: Zəfər, tarix, hüquq və ədalət” mövzusunda çıxış formatlı müsabiqə keçirilib. Tədbirdə ölkənin aparıcı universitetlərinin müəllim və tələbələri, həmçinin xüsusi təyinatlı ali təhsil müəssisələrinin zabit və kursantları iştirak ediblər. Daxili İşlər Nazirliyinin Polis Akademiyasını tədbirdə İctimai elmlər kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı, tarix üzrə fəlsəfə doktoru Əfqan Qasımzadənin rəhbərliyi ilə 15 kursant təmsil edib.

Akademiyanın IV kurs kursantı, polis sıravisi Aqil Ağasıyev “Vətən müharibəsində qələbə – Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsi və xalq-iqtidar-ordu birliyinin bariz təzahürüdür” mövzusunda çıxış edərək bu zəfərin mənəvi-siyasi əhəmiyyətindən, Ulu Öndərin dövlətçilik strategiyasının bu qələbənin əsasını qoyduğundan danışıb. Kursantın çıxışı və təqdim etdiyi slayd tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Müsabiqə çərçivəsində iştirakçılar Vətən müharibəsinin tarixi əhəmiyyətini, eləcə də bu Qələbənin gənclərin dövlətçilik və milli idealar ruhunda formalaşmasındakı mühüm rolunu müzakirə ediblər.
 
  
Geriyə | Çap versiyası