xəbərlər
Təcrübəli mütəxəssislər Polis Akademiyasında dərslərdə iştirak edərək öz zəngin təcrübələrini bölüşüblər
06.11.2025
Polis Akademiyasında nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipinə əsaslanaraq kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi və nəzəri biliklərinin möhkəmləndirilməsini təmin etmək məqsədilə Akademiyaya dəvət olunmuş təcrübəli mütəxəssislərin iştirakı ilə mühazirə dərsləri keçirilib.
Müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə qonaq qismində iştirak edən Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Firuzə Abbasova “Məhkəmə baxışı və yekun məhkəmə qərarının çıxarılması”, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri, Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinin üzvü, Komitə Sədri Hökümə Babayeva “İnzibati iddia növləri və müvəqqəti xarakterli müdafiə tədbirləri”, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Əlyazmalar və xətlərin ekspertizaları” şöbəsinin baş eksperti, kiçik ədliyyə müşaviri, yüksək dərəcəli ekspert Mətanət Muradova “Məhkəmə-xətşünasılıq və məhkəmə müəllifşünaslıq ekspertizaları”, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Rübail Səfərov “Mülki-hüquqi müddətlər. İddia müddəti”, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Sənədlərin texniki ekspertizası” şöbəsinin baş eksperti, kiçik ədliyyə müşaviri, yüksək dərəcəli ekspert Altay Əsədov “Sənədlərin məhkəmə texniki, məhkəmə fototexniki və məhkəmə portret ekspertizaları” mövzuları üzrə mühazirə dərslərində iştirak ediblər.
Mütəxəssislər tərəfindən aparılan mühazirələr zamanı məhkəmə baxışının mərhələləri, sübutların tədqiqi, prosessual sənədlərin tərtibi, mülki və inzibati hüquq münasibətlərində müddətlərin rolu, sənədlərin məhkəmə texniki, fototexniki və portret ekspertizalarının predmeti, obyektləri, növləri, vəzifələri və həll etdiyi məsələlər, sənədlərin saxtalaşdırma üsulları kimi mövzular ətrafında ətraflı izahlar verilib, real təcrübələrdən nümunələr təqdim olunub.
Kursantlar tərəfindən böyük maraqla qarşılanan bu dərslər interaktiv müzakirələr və sual-cavab sessiyaları ilə yadda qalıb.