xəbərlər
Polis Akademiyasının komandası xüsusi təyinatlı ali təhsil müəssisələri arasında “Parkur” idman növü üzrə keçirilən yarışda qalib olub
06.11.2025
06 noyabr 2025-ci il tarixində DİN-in Polis Akademiyasında xüsusi təyinatlı ali təhsil müəssisələri arasında “Parkur” idman növü üzrə yarış keçirilib. Yarışın məqsədi 44 günlük zəfər yolunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçülərin xatirəsini uca tutmaq, həmçinin xüsusi təyinatlı ali təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi və şəxsi heyət arasında idmana olan həvəsin artırılmasıdır.
Yarışda DİN-in Polis Akademiyası, DİN-in Daxili Qoşunlarının Hərbi İnstitutu, Müdafiə Nazirliyinin Heydər Əliyev adına Hərbi İnstitut, Dövlət Gömrük Komitəsinin Akademiyası və Fövqəladə Hallar Nazirliyinin Akademiyasının komandaları iştirak ediblər. Polis Akademiyası rəisinin döyüş və xidməti hazırlıq üzrə rəis müavini, polis polkovniki Əfqan İmanov yarışı açıq elan edərək Zəfər günü münasibətilə yarış iştirakçılarına təbrik və tövsiyələrini çatdırıb. Yarış zamanı komandalar arasında çox gərgin mübarizə müşahidə olunub. İştirakçılar böyük iradə göstərərək komanda şəklində sona kimi mübarizəni davam etdiriblər.
Nəticədə yarışda əzmkarlıq nümayiş etdirərək DİN-in Polis Akademiyası I, Müdafiə Nazirliyinin Heydər Əliyev adına Hərbi İnstitut II, DİN-in Daxili Qoşunlarının Hərbi İnstitutu III yerə layiq görülüblər. Tədbirin sonunda qalib komandalar diplom, medal və qiymətli hədiyyələrlə təltif ediliblər.