xəbərlər

“Açıq qapı” tədbirinin növbəti qonağı Sabunçu məktəbliləridir

06.11.2025

Bakı şəhərinin Sabunçu rayonunda yerləşən İlqar Əliyev adına 96 nömrəli tam orta məktəbin şagirdləri 07 noyabr 2025-ci il tarixdə Polis Akademiyasında keçirilmiş “Açıq qapı” tədbirində iştirak etmişdir.

Şagirdlər tədris korpusları, konfrans zalı, kriminalistik təlim şəhərciyi, elektron kitabxana, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, auditoriyalar, idman meydançası, kursant yeməkxanası və yataqxana ilə tanış olmuşlar.

Qonaqlar Akademiyada yaradılmış təhsil mühiti, qəbul qaydaları, kursantların maddi, sosial təminatları və akademiyada təhsilin üstünlükləri barədə geniş məlumatlar verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.
 
 
 
 
 
 
  
Geriyə | Çap versiyası