xəbərlər
Polis Akademiyasında 8 noyabr – Zəfər gününə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı çıxış-təqdimat müsabiqəsi keçirilib
04.11.2025
DİN-in Polis Akademiyasında Dil hazırlığı kafedrasının təşkilatçılığı ilə Akademiyanın I kurs kursantları arasında Vətən müharibəsində Azərbaycan xalqının tarixi Zəfərinə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı çıxış-təqdimat müsabiqəsi keçirilib. Müsabiqənin məqsədi 44 Günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı tarixi qələbə, ordumuzun şücaət və qəhrəmanlığı və Prezident–xalq-ordu birliyinin zəfərin qazanılmasında oynadığı rolu gənclərə aşılamaqdır.
Tədbirdə ilk olaraq müstəqil dövlətçiliyimizin memarı, Ümummilli lider Heydər Əliyevin, vətənimizin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçular və polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
8 noyabr – Zəfər gününə həsr olunmuş müsabiqəyə 20-dən artıq kursant esse-yazılarla müraciət edib. İlkin mərhələdə kursantların yazısı məzmun və mahiyyətinə görə qiymətləndirilib və 8 kursant final mərhələsinə yüksəlib. Bu mərhələdə kursantların çıxışları dinlənilib və təqdimatlar edilib.
İştirakçıların nəticələri Polis Akademiyasının Dil hazırlığı kafedrasının müəllimlərindən ibarət münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilib. Nəticədə Eldar Hüseynli birinci, Aqil Qurbanov və Həmzə Əzizov ikinci, İsmət Abbasov üçüncü yerə layiq görülüblər. Qaliblərə Polis Akademiyasının rəhbərliyi adından sertifikatlar təqdim edilib.