xəbərlər

Polis Akademiyasının əməkdaşı “Narkomaniya sosial bəladır” və “Zərərli vərdişlərə yox deyək” mövzularında keçirilmiş profilaktik tədbirdə iştirak edib

28.11.2025

Nəsimi rayonu 111 nömrəli tam orta məktəbdə “Narkomaniya sosial bəladır” və “Zərərli vərdişlərə yox deyək” mövzularında maarifləndirici-profilaktik tədbir keçirilib. Tədbirdə Akademiyanın “Mülki hüquq” kafedrasının müəllimi, polis baş leytenantı İmamverdi Rəhimov iştirak edib.

Tədbir zamanı İ.Rəhimov “Narkomanlığın neqativ fəsadları və profilaktikası” və “Zərərli vərdişlərə yox deyək” mövzularında çıxış edərək ölkəmizdə narkotik cinayətkarlığının sosial neqativ təzahürləri, səbəbləri, bu növ cinayətlərin törədilmə üsulları, eləcə də digər zərərli vərdişlər və onlardan qorunma yolları barədə məktəblilərə ətraflı məlumat verib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, şagirdlərlə xatirə fotoşəkilləri çəkilib. Ümumilikdə tədbir həm məktəblilər, həm də orta məktəb rəhbərliyi tərəfindən böyük maraqla qarşılanıb.
 
 
 
  
 
 
Geriyə | Çap versiyası