xəbərlər
Xətai məktəbliləri Polis Akademiyasının qonağı olublar
28.11.2025
Sağlam düşüncəli və yüksək intellektli gənclərin ixtisas seçimində Polis Akademiyasına üstünlük verməsinin təmin edilməsi məqsədilə “Açıq qapı” tədbirləri davam etdirilir. 28 noyabr 2025-ci il tarixində Bakı şəhəri Xətai rayonunda yerləşən Humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdləri Polis Akademiyasının qonağı olublar.
Məktəblilər tədris korpusları, konfrans zalı, kriminalistik təlim şəhərciyi, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, qapalı atıcılıq tiri, yataqxana, “Krosfit” və idman meydançası ilə tanış olublar.
Qonaqlara Akademiyada təhsilin üstünlükləri, kursantların maddi, sosial təminatları və qəbul qaydaları barədə ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.