xəbərlər

Polis Akademiyasında “Açıq qapı” tədbirinin növbəti qonağı Göyçay rayonu şagirdləridir

28.11.2025

Ərazi polis orqanları birlikdə görülən məqsədyönlü işlər sağlam düşüncəli və yüksək intellektli gənclərin ixtisas seçimində Polis Akademiyasına üstünlük verməsini şərtləndirir. Bu məqsədlə Akademiyada “Açıq qapı” tədbirləri davam etdirilir.

29 noyabr 2025-ci il tarixlərdə Göyçay rayonu məktəbliləri Polis Akademiyasının qonağı olmuşdur.

Şagirdlər tədris korpusları, konfrans zalı, kriminalistik təlim şəhərciyi, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, qapalı atıcılıq tiri, yataqxana, “Krosfit” və idman meydançası ilə tanış olmuşlar.

Qonaqlara Akademiyada yaradılmış təhsil mühiti, qəbul qaydaları, kursantların maddi, sosial təminatları və akademiyada təhsilin üstünlükləri barədə ətraflı məlumatlar verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.
 
 
 
 
  
Geriyə | Çap versiyası