xəbərlər
Polis Akademiyasının qonağı Pirallahı məktəbliləri olmuşdur
25.12.2025
Sağlam düşüncəli və yüksək intellektli gənclərin ixtisas seçimində Polis Akademiyasına üstünlük verməsinin təmin edilməsi tam orta məktəb şagirdlərinin iştirakı ilə “Açıq qapı” tədbirləri davam etdirilir.
25 dekabr 2025-ci il tarixlərdə Bakı şəhəri Pirallahı rayonu məktəbliləri Polis Akademiyasının qonağı olmuşdur.
Şagirdlər tədris korpusları, konfrans zalı, kriminalistik təlim şəhərciyi, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, idman zalı, qapalı atıcılıq tiri, yataqxana ilə tanış olmuşlar.
Qonaqlara Akademiyada yaradılmış təhsil mühiti, qəbul qaydaları, kursantların maddi, sosial təminatları və akademiyada təhsilin üstünlükləri barədə ətraflı məlumatlar verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.