xəbərlər

Polis Akademiyasının əməkdaşları tərəfindən Prokurorluq orqanlarına yeni qəbul olunmuş namizədlər üçün hüquqi və praktiki biliklərin artırılmasına yönəlmiş təlimlər keçirili

29.12.2025

Prokurorluq orqanlarında ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər üçün Polis Akademiyasının əməkdaşları tərəfindən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin inzibati binasında əyani formada icbari təlimlər təşkil edilib. Daxili İşlər Nazirliyinin Polis Akademiyasının DİO-da əməliyyat-axtarış fəaliyyəti kafedrasının rəisi, polis polkovniki Orxan Məmmədov “İnsan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi baza” və Cinayət prosesi kafedrasının rəisi, polis polkovniki Səyyad Ağayev “Yetkinlik yaşına çatmayanların iştirakı ilə istintaq və digər prosessual hərəkətlərin keçirilməsinin xüsusiyyətləri” mövzularında təlimlər keçiblər.

Təlimlər mühazirə, təqdimat və təcrübə mübadiləsi formatlarında təşkil olunub. Tədbir çərçivəsində O.Məmmədov tərəfindən iştirakçılara insan alverinə qarşı mübarizə sahəsində aktual məsələlər, informasiya təminatı, kriminalistik və əməliyyat uçotlarının aparılması, habelə digər transmilli mütəşəkkil cinayət növlərinin taktiki xüsusiyyətləri barədə praktiki əhəmiyyət kəsb edən məlumatlar təqdim olunub. S.Ağayev tərəfindən yetkinlik yaşına çatmayanların hüquqlarının, qanuni maraqlarının və təhlükəsizliyinin təmin edilməsi, bu kateqoriyadan olan şəxslərlə bağlı prosessual hərəkətlərin aparılmasında yaş, psixoloji inkişaf və sosial vəziyyətin nəzərə alınmasının vacibliyi vurğulanıb.

Bununla yanaşı, DİN-in Polis Akademiyasının Kriminalistika kafedrasının əməkdaşları tərəfindən iştirakçıların nəzəri və praktiki biliklərinin artırılması məqsədilə simulyasiya xarakterli təlim keçirilib. Təlim çərçivəsində hadisə yerinə baxışın keçirilməsi, maddi sübutların, o cümlədən cinayət izlərinin, alət və vasitələrinin aşkarlanması, qeyd edilməsi, qablaşdırılması və götürülməsi, eləcə də odlu və soyuq silahlarla törədilən cinayətlərin istintaq metodikası üzrə praktiki bacarıqların inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib.
 
 
 
 
 
  
Geriyə | Çap versiyası