xəbərlər
Polis Akademiyasının kursantı taekvondo üzrə keçirilən Respublika Çempionatı və Birinciliyində gümüş medal qazanıb
27.12.2025
Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə keçirilən taekvondo üzrə Respublika Çempionatı və Birinciliyində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kursantı uğurla çıxış edib. 24–27 dekabr 2025-ci il tarixlərində keçirilən yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 72 komanda iştirak edib, ümumilikdə 542 idmançı öz gücünü sınayıb.
Polis Akademiyasının kursantı Həsənov Nihad Nurəddin oğlu çempionat çərçivəsində 87 kq çəki dərəcəsində keçirilən görüşlərdə yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək final mərhələsinədək irəliləyib və yarışın yekununda Azərbaycan çempionatının gümüş medalına layiq görülüb.