xəbərlər

Polis Akademiyasında "Dünya Azərbaycanlılarının həmrəyliyində Heydər Əliyevin tarixi missiyası" adlı dəyirmi masa keçirilib

25.12.2025

25 dekabr 2025-ci il tarixində Polis Akademiyasında İctimai elmlər kafedrasının nəzdində fəaliyyət göstərən “Vətənpərvər kursant” elmi dərnəyinin üzvlərinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Dünya Azərbaycanlılarının həmrəyliyində Heydər Əliyevin tarixi missiyası” adlı dəyirmi masa keçirilib.

Birinci və ikinci kurs kursantların iştirakı ilə keçirilən tədbirdə Heydər Əliyevin Azərbaycan xalqı və dünya azərbaycanlıları üçün tarixi əhəmiyyət daşıyan xidmətləri, həmrəylik missiyası və onun müasir dövrdəki rolu müzakirə edilib. Müzakirələr zamanı kursantlar və müəllimlər həmrəylik və vətənpərvərlik mövzuları ətrafında fikir mübadiləsi apararaq dəyərli fikirlərini bölüşüblər.

Tədbir elmi və vətənpərvərlik məzmunlu zəngin müzakirələr üçün geniş imkan yaradaraq iştirakçıların böyük marağına səbəb olub.
 
  
 
 
 
 
 
Geriyə | Çap versiyası