xəbərlər

Polis Akademiyasının qonağı Xəzər rayon məktəbliləri olmuşdur

09.01.2026

Sağlam düşüncəli və yüksək intellektli gənclərin ixtisas seçimində Polis Akademiyasına üstünlük verməsinin təmin edilməsi məqsədilə tam orta məktəb şagirdlərinin iştirakı ilə “Açıq qapı” tədbirləri davam etdirilir.

Şagirdlər tədris korpusları, kriminalistik təlim şəhərciyi, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, idman zalı, yataqxana ilə tanış olmuşlar.

Qonaqlara Akademiyada yaradılmış təhsil mühiti, qəbul qaydaları, kursantların maddi, sosial təminatları və akademiyada təhsilin üstünlükləri barədə ətraflı məlumatlar verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.
 
 
 
 
 
 
 
  
Geriyə | Çap versiyası