xəbərlər
Gənclərin DİN-in Polis Akademiyasında ali təhsilə marağının artırılması istiqamətində maarifləndirici görüşlər davam etdirilir
13.01.2026
Gənclərin DİN-in Polis Akademiyasında ali təhsilə marağının artırılması məqsədilə Akademiya tərəfindən həyata keçirilən təbliğat-təşviqat tədbirləri ardıcıl şəkildə davam etdirilir. Polis Akademiyasının əməkdaşları müvafiq Rayon Polis Şöbələrinin əməkdaşları ilə birgə Bakı şəhərinin müxtəlif ümumtəhsil məktəbləri ilə yanaşı, respublikanın Şabran, Gədəbəy, Yardımlı, Quba və digər rayonlarında yerləşən məktəblərin IX–XI sinif şagirdləri ilə bir sıra görüşlər keçiriblər.
Keçirilən maarifləndirici görüşlər zamanı Akademiyaya qəbul şərtləri, tədris prosesi, Akademiyada yaradılmış müasir infrastruktur, tədris korpusları, zəngin kitabxana fondu, yataqxana şəraiti, idman və atıcılıq meydançaları, eləcə də kursantların asudə vaxtının səmərəli təşkili üçün mövcud imkanlar şagirdlərin diqqətinə çatdırılıb.
Görüşlərdə iştirak edən Akademiya nümayəndələri “Hüquqşünaslıq” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə qəbul qaydaları barədə məlumat verərək, Polis Akademiyasının fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş etdiriblər. Tədbirlər şagirdləri maraqlandıran sualların cavablandırılması və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.