xəbərlər

Saatlı məktəbliləri Polis Akademiyasında keçirilmiş növbəti “Açıq qapı” tədbirinin qonağı olub

30.01.2026

Sağlam düşüncəli və yüksək intellektli gənclərin ixtisas seçimində Polis Akademiyasına üstünlük verməsinin təmin edilməsi məqsədilə ərazi polis orqanları ilə birlikdə zəruri işlər görülür, Akademiyada “Açıq qapı” tədbirləri davam etdirilir. Silsilə tədbirlərin davamı kimi 30 yanvar 2026-cı il tarixdə Saatlı rayonu məktəbliləri Polis Akademiyasının qonağı olmuşdur.

Şagirdlər tədris korpusları, konfrans zalı, kriminalistik təlim şəhərciyi, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, qapalı atıcılıq tiri, yataqxana ilə tanış olmuşlar.

Akademiyanın gündəlik fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilmiş, məktəblilərə təhsil mühiti, qəbul qaydaları, kursantların maddi, sosial təminatları və akademiyada təhsilin üstünlükləri barədə ətraflı məlumatlar verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

 

  

  

Geriyə | Çap versiyası