xəbərlər
Polis Akademiyasının nümayəndələri beynəlxalq elmi-praktiki konfransda iştirak ediblər
05.02.2026
Milli Aviasiya Akademiyasında “Fevral məruzələri: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” mövzusunda XI Beynəlxalq Elmi-Praktiki Gənclər Konfransı keçirilib. Konfransın açılış mərasimində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov iştirak edib.
Konfrans çərçivəsində “Hava hüququnun aktual problemləri: yeni çağırışlar” mövzusunda bölmə iclası keçirilib. Bölmə iclasında Polis Akademiyasının rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov, eləcə də Polis Akademiyasının müəllimləri polis baş leytenantları Xalid Qasımov və Fəxrəddin Cəfərov iştirak ediblər.
Bölmə iclasında polis baş leytenantı Xalid Qasımov “Müasir cinayətlərin aşkar edilməsində süni intellektin rolu: mövcud yanaşmalar və perspektivlər” mövzusunda elmi məruzə ilə çıxış edib, mövzu ətrafında müzakirələr aparılıb.
Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkilib.








