xəbərlər
Polis Akademiyasında keçirilmiş növbəti “Açıq qapı” tədbirinin qonağı Qusar məktəbliləridir
05.02.2026
Təbliğat-təşviqat istiqamətində həyata keçirilən silsilə tədbirlərin davamı kimi hər həftə Akademiyada “Açıq qapı” tədbirləri keçirilir, sağlam düşüncəli və yüksək intellektli gənclərin ixtisas seçimində Polis Akademiyasına üstünlük verməsinin təmin edilməsi məqsədilə ərazi polis orqanları ilə birlikdə zəruri işlər görülür.
5 fevral 2026-cı il tarixdə Qusar rayonu məktəbliləri Polis Akademiyasının qonağı olmuşdur.
Şagirdlər tədris korpusları, konfrans zalı, kriminalistik təlim şəhərciyi, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, qapalı atıcılıq tiri, yataqxana ilə tanış olmuşlar.
Akademiyanın gündəlik fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilmiş, məktəblilərə təhsil mühiti, qəbul qaydaları, kursantların maddi, sosial təminatları və akademiyada təhsilin üstünlükləri barədə ətraflı məlumatlar verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.









