xəbərlər
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının nümayəndə heyəti İtaliyada işgüzar səfərdə olub
20.02.2026
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının nümayəndə heyətinin İtaliyaya işgüzar səfəri həyata keçirilib. Səfər çərçivəsində nümayəndə heyəti tərəfindən Karabinieri Zabitlər Akademiyasında görüş keçirilib, hüquq-mühafizə orqanları üçün zabit hazırlığı sahəsində tətbiq olunan tədris proqramları və praktiki mexanizmlər barədə ətraflı məlumat əldə olunub. Daha sonra İdarələrarası Hüquq-Mühafizə Akademiyasında keçirilən görüşdə kadr hazırlığı sisteminin təkmilləşdirilməsi, idarəetmə yanaşmaları və müasir çağırışlara uyğun təhsil modelləri müzakirə edilib.
Səfər çərçivəsində həmçinin İtaliya Daxili İşlər Nazirliyinin Polis Akademiyasında görüş təşkil olunub, beynəlxalq əməkdaşlığın perspektiv istiqamətləri, təcrübə mübadiləsinin genişləndirilməsi və birgə layihələrin icrası imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşlər zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər nəzərdən keçirilib, əməkdaşlığın gələcək inkişaf perspektivləri dəyərləndirilib və əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.








