xəbərlər

Polis Akademiyasında Beynəlxalq Ana Dili Gününə həsr olunmuş ədəbi-bədii tədbir və şeir müsabiqəsi keçirilib

27.02.2026

DİN-in Polis Akademiyasında Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimiz - sözümüz, səsimiz” mövzusunda ədəbi-bədii tədbir və şeir müsabiqəsi keçirilib. İlk olaraq Ümummilli lider Heydər Əliyev və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  
DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov tədbiri açıq elan edərək qonaqları salamlayıb və kursantlara uğurlar arzulayıb. Cənab general Azərbaycan dilinin Konstitusiyamızda və digər dövlət sənədlərində necə təsbit olunduğunu vurğulayaraq dövlət dilimizin qorunması sahəsində aparılan işlərdən danışıb. Tədbirdə Azərbaycan Respublikasının Xalq şairi Vahid Əziz, detektiv yazıçı Elxan Elatlı, Diksiya Akademiyasının direktoru, natiqlik təlimçisi Cəlalə Nəzəroğlu, bədii qiraət ustası Xəzər Süleymanlı və bəstəkar-yazar Fərahim Sadiq çıxış edərək ana dilinin saflığının qorunması, nitq mədəniyyətinin inkişaf etdirilməsi və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin vacibliyini qeyd ediblər.
Daha sonra kursantlar tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Tədbirin bədii hissəsində Polis Akademiyasının kursantları Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən nümunələr səsləndiriblər. Kursantlar vətənpərvərlik və ana dilinə sevgi mövzusunda şeirlərini yüksək məharət və ifadəliliklə iştirakçılara təqdim ediblər.    
Sonda müsabiqənin nəticələri elan olunub, fərqlənən iştirakçılara rəhbərlik və münsiflər heyəti tərəfindən mükafatlar təqdim edilib. I-III kurs kursantlarının iştirak etdiyi tədbirdə Davud Xəsmədov birinci, Mirzəfər Qurbanov ikinci və Eldar Hüseynli isə üçüncü yerə layiq görülüb. Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.  
 
  
 
 
  
 
  
 
 
 
  
 
 
  
 
  
 
 
  
 
  
 
 
  
 
 
  
 
  
 
  
 
  
 
 
 
 
  
 
 
  
 
 
Geriyə | Çap versiyası