xəbərlər

Polis Akademiyasında “Açıq qapı” tədbirləri davam etdirilir

27.02.2026

27 fevral 2026-cı il tarixlərdə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri Polis Akademiyasında keçirilən “Açıq qapı” tədbirinin qonağı olmuşdur. 
Şagirdlər tədris korpusları, konfrans zalı, kriminalistik təlim şəhərciyi, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, qapalı atıcılıq tiri və yataqxana ilə tanış olmuşlar.
Qonaqlara Akademiyada yaradılmış təhsil mühiti, qəbul qaydaları, kursantların maddi, sosial təminatları və akademiyada təhsilin üstünlükləri barədə ətraflı məlumatlar verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. 
 
  
 
  
 
 
  
 
 
  
 
 
  
 
 
  
 
 
  
 
 
  
 
 
  
 
 
  
 
 
  
 
 
Geriyə | Çap versiyası