xəbərlər

Polis Akademiyasının əməkdaşları beynəlxalq dəyirmi masada iştirak ediblər

06.03.2026

Qırğız Respublikası E.Əliyev adına DİN-in Akademiyası tərəfindən “Hüquq-mühafizə orqanları sistemində qadınların rəhbərliyinin inkişaf etdirilməsi üçün institusional strategiyalar: mövcud vəziyyət, problemlər və beynəlxalq qaydalar” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını Dil hazırlığı kafedrasının müəllimi Leyla Quliyeva və Tədris-metodiki şöbənin metodiki işin təşkili, planlaşdırma və nəzarət qrupunun inspektoru, polis leytenantı İranə Vahabova təmsil ediblər.

Dəyirmi masa çərçivəsində polisin fəaliyyətinin təkmilləşdirilməsində qadın rəhbərlərin rolu, insan resurslarının inkişafında peşəkar təhsil, mentorluq və qadın rəhbərliyi arasındakı əlaqə, həmçinin penitensiar xidmətdə kadr hazırlığında qadın rəhbərliyinin öyrənilməsinin əhəmiyyəti mövzularında məruzələr dinlənilib. 
Tədbirin mövzusuna uyğun olaraq iştirakçılar arasında elmi müzakirələr aparılıb, qarşılıqlı fikir mübadiləsi və diskussiyalar keçirilib. 
 
  
 
  
Geriyə | Çap versiyası