xəbərlər

Polis Akademiyasının rəhbərliyi xanım əməkdaşları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib

07.03.2026

Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov Azərbaycan Respublikasının daxili işlər nazirinin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadın əməkdaşlara ünvanladığı təbrikini Akademiyanın xanım əməkdaşlarına çatdırıb. 
C.Daanov bildirib ki, qadınlar cəmiyyətin inkişafında mühüm rol oynamaqla yanaşı, daxili işlər orqanlarında da məsuliyyətli və şərəfli xidmət həyata keçirirlər. O qeyd edib ki, gözəllik, zəriflik və mərhəmət rəmzi olan xanım əməkdaşlar eyni zamanda yüksək peşəkarlıq, dözüm və məsuliyyət nümayiş etdirərək daxili işlər orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsinə layiqli töhfə verirlər. 
Tədbirdə qeyd olunub ki, xanım əməkdaşlar xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlməklə yanaşı, ailə dəyərlərinin qorunmasında da xüsusi rol oynayır, ana və həyat yoldaşı kimi məsuliyyətli missiyanı nümunəvi şəkildə yerinə yetirirlər.
Sonda C.Daanov xanım əməkdaşlara möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayaraq onların bayramını səmimi qəlbdən təbrik edib. 
 
  
 
 
 
 
  
 
  
 
 
  
 
  
Geriyə | Çap versiyası