xəbərlər

Polis Akademiyasında təcrübəli mütəxəssislərin iştirakı ilə keçirilən mühazirə dərsləri davam etdirilir

01.04.2026

Polis Akademiyasında nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipinə əsaslanaraq kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, nəzəri biliklərinin möhkəmləndirilməsi və təcrübədə tətbiq etmə bacarığının inkişaf etdirilməsini təmin etmək məqsədilə Akademiyaya dəvət olunmuş təcrübəli mütəxəssislərin iştirakı ilə mühazirə dərsləri keçirilib. 
Müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə qonaq qismində iştirak edən Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Pərviz Muradov “Ümumi mühakimə sahəsinə aid məhkəmələr”, Sumqayıt şəhər prokurorunun müavini, ədliyyə müşaviri Yusif Novruzov “Cinayət prosesinin iştirakçıları”, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi Profilaktik işin təşkili idarəsinin rəis müavini polis polkovnik-leytenantı Elşən Rzayev “Polis sahə inspektorları xidmətinin təyinatı və işinin təşkili”, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Nəzarət-metodiki bölməsinin rəisi, polis polkovnik-leytenantı Elçin Qurbanov “Cinayət təqibi üzrə icraatın aparılması”, Ədliyyə Akademiyasının “Vəkillərin və mediatorların tədrisi” fakültəsinin dekan müavini, hüquq elmləri doktoru Fərdin Xəliov “Cinayət prosesinin iştirakçıları”, Bakı Dövlət Universitetinin Kriminalistika və Məhkəmə ekspertizası kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru, dosent Bəxşeyiş Əsgərov “Tanınma üçün təqdim etmə taktikası” mövzuları üzrə mühazirələr keçiblər. 
Mövzulara əsasən qonaqlar tərəfindən kursantlara cinayət təqibinin mahiyyəti, növləri, prosessual qaydalar, polis sahə inspektorları xidmətinin təyinatı və işinin təşkili, cinayət prosesinin əsas iştirakçıları, onların hüquq və vəzifələri, ümumi mühakimə məhkəmələrinin tərkibi, təşkili və səlahiyyətləri, tanınmanın taktikası, növləri, psixoloji əsasları, mərhələləri, taktiki üsulları və digər mövzular haqqında slayd və video materiallardan istifadə edilərək ətraflı məlumatlar verilib.
Mütəxəssislərin iştirakı ilə keçirilən mühazirə dərsləri kursantlar tərəfindən böyük maraqla qarşılanıb. Onları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb və mövzular ətrafında müzakirələr aparılıb.
 
  
 
  
 
 
  
 
  
 
  
 
  
 
  
 
  
 
  
 
  
 
  
Geriyə | Çap versiyası