xəbərlər

DİN-in Polis Akademiyasında Bloom taksonomiyasına uyğun keyfiyyətli test suallarının hazırlanması üzrə təlim keçirilib

03.04.2026

DİN-in Polis Akademiyasının 2025–2030-cu illəri əhatə edən Strateji İnkişaf Planında nəzərdə tutulmuş hədəflərə uyğun olaraq təhsilverənlərin peşəkarlığının artırılması məqsədilə akademik heyət üzvləri üçün “Bloom taksonomiyasına uyğun keyfiyyətli test suallarının hazırlanması” mövzusunda 2 günlük təlim keçirilib. Təlim Azərbaycan Turizm və Menecment Universitetinin təhsil məsələləri üzrə rektor müşaviri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Fərid Cabbarlı tərəfindən aparılıb.
Təlimin ilk günündə iştirakçılara təhsilalanların biliyinin qiymətləndirilməsi formaları, Bloom taksonomiyasının əsasları, eləcə də keyfiyyətli test suallarının hazırlanması meyarları və bu sahədə tez-tez rast gəlinən tipik səhvlər barədə ətraflı məlumat verilib. İkinci gün isə iştirakçılar tərəfindən Bloom taksonomiyasına uyğun test suallarının hazırlanması və onların təhlili üzrə tapşırıqlar yerinə yetirilib.
Təlimin sonunda iştirakçılar Bloom taksonomiyasının səviyyələrinə uyğun test suallarının hazırlanması, fənn üzrə öyrənmə nəticələrinin ölçüləbilən formada ifadə olunması, həmçinin test bazasının təhlil edilərək keyfiyyətsiz sualların təkmilləşdirilməsi sahəsində müvafiq səriştələr əldə ediblər.
 
 
 
  

Geriyə | Çap versiyası