xəbərlər

Polis Akademiyasının kursantları Milli Azərbaycan Tarixi Muzeyində ekskursiyada olublar

11.04.2026

Kursantlar arasında Azərbaycan dilinin, tarixinin və mədəniyyətinin təbliği, həmçinin vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi məqsədilə keçirilən tədbirlər çərçivəsində Polis Akademiyasının I kursunun 50 kursantı üçün Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya təşkil olunub. 
 Ziyarət zamanı muzeyin bələdçisi kursantları müşayiət edərək nümayiş etdirilən eksponatlar barədə ətraflı məlumat verib. 9 otaqdan ibarət muzeydə ilk olaraq Hacı Zeynalabdin Tağıyevin iş kabineti ilə tanışlıq keçirilib, burada yerləşən kitab şkafı, yazı masası, ailəvi fotoalbom barədə geniş izahat verilib.
 Daha sonra kursantların diqqətinə muzeyin zərifliyi ilə seçilən Şərq zalı çatdırılıb, burada tavanların incə bəzədilməsi və Quran ayələrinin yazılmasında qızıldan istifadə olunması xüsusi vurğulanıb. Ekskursiya çərçivəsində kursantlar sütunlu tağlarla bəzədilmiş zallar, görkəmli yazıçı və şairlərin əsərlərinin toplandığı zəngin kitabxana, məxməri-ipək parça ilə örtülmüş yemək otağı, həmçinin Tağıyevin həyat yoldaşı Sona xanımın otağı və digər bölmələrlə də tanış olublar. 
 Ekskursiya boyunca xatirə şəkilləri çəkilib.
 
 
 
  
Geriyə | Çap versiyası