xəbərlər

Polis Akademiyasında “Silahsız özünümüdafiə fəndlərinin təkmilləşdirilməsi” mövzusunda praktiki seminar keçirilib

11.04.2026

Kursantların gələcək xidməti fəaliyyətlərində qarşılaşa biləcəkləri real vəziyyətlərə uyğun bacarıq və vərdişlərin formalaşdırılması məqsədilə Polis Akademiyasında praktiki seminar təşkil olunub. Seminar Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti, Qafqaz Real Aykido Federasiyasının və Azərbaycan Real Aykido İdman Klubunun prezidenti, baş məşqçi, Real Aykido üzrə 5-ci dan, Krav Maga üzrə 4-cü dan qara kəmər ustası Fariz Abdullayev tərəfindən “Silahsız özünümüdafiə fəndlərinin təkmilləşdirilməsi” mövzusunda keçirilib.
 Tədbir zamanı F.Abdullayev kursantlarla öz peşəkar təcrübəsini bölüşərək silahsız özünümüdafiə üsullarının tətbiqi, təhlükəli vəziyyətlərdə düzgün davranış və çevik qərarvermə bacarıqları barədə ətraflı məlumat verib. Praktiki məşqlər zamanı kursantların sualları cavablandırılıb və onların mənimsəmə səviyyəsi yoxlanılıb.
 30-dan çox kursantın iştirak etdiyi seminarda II kurs VII taqımın kursantları Sirac İsmayılov və Orxan Yusifov, I kurs I taqımın kursantı Sənan Zeynalov, eləcə də III kurs II taqımın kursantı Yusif Əbdülov fəallıqları ilə fərqlənərək məşqçinin diqqətini cəlb ediblər.
 Sonda Fariz Abdullayev adı çəkilən kursantların gələcəkdə “Real Aykido” üzrə beynəlxalq və yerli seminarlara cəlb olunacağını bildirib.
 
 
  
 
  
 
  
 
  
 
  
 
  
Geriyə | Çap versiyası