xəbərlər

Polis Akademiyasında “İnformasiya təhlükəsizliyinin ümumi əsasları və şəbəkə təhlükəsizliyi” mövzusunda təlim keçirilmişdir

25.04.2026

Polis Akademiyasında IDTech Academy-nin əməkdaşları tərəfindən informasiya təhlükəsizliyi sahəsinə həsr olunmuş təlim təşkil edilib. Tədbirdə “İnformasiya təhlükəsizliyi” fakültəsinin kursantları və Polis Akademiyasının əməkdaşları iştirak ediblər.
Təlimin əsas məqsədi kursantların müasir kibertəhlükələr və müdafiə mexanizmləri barədə məlumatların əldə edilməsidir.
Tədbir çərçivəsində aktual mövzular üzrə təqdimatlar dinlənilib, real təcrübəyə əsaslanan nümumələr iştirakçılara təqdim olunub.
İnteraktiv formatda təşkil edilən təlimdə iştirakçıların sualları ətraflı şəkildə cavablandırılıb, informasiya təhlükəsizliyi sahəsində peşəkar inkişaf imkanları və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
 
  
 
  
 
  
 
  
Geriyə | Çap versiyası