xəbərlər
Polis Akademiyasında təcrübəli mütəxəssislərin iştirakı ilə interaktiv dərslər keçirilib
28.04.2026
Polis Akademiyasında nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipinə əsaslanaraq kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, nəzəri biliklərinin möhkəmləndirilməsi və təcrübədə tətbiq etmə bacarığının inkişaf etdirilməsini təmin etmək məqsədilə Akademiyaya dəvət olunmuş təcrübəli mütəxəssislərin iştirakı ilə mühazirə dərsləri keçirilib.
Müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə qonaq qismində iştirak edən DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polis polkovniki Yasin Mikayıllı “Dələduzluq cinayətlərinin araşdırma metodikası”, DİN-in Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis polkovniki İsmayıl Əliyev “Oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin araşdırma metodikası” və həmin idarənin rəis müavini, polis polkovnik-leytenantı Həbib Həbibli “Cinayət təqibi üzrə icraatın aparılması”, Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev “Prosessual məcburiyyət tədbirləri”, Azərbaycan Turizm və Menecment Universitetinin Humanitar və sosial elmlər kafedrasının professoru, f.e.d., prof. Dilqəm İsmayılov “Ailənin və mənəvi həyatın sosiologiyası” mövzuları üzrə mühazirə dərslərində iştirak ediblər.
Mütəxəssislərin iştirakı ilə keçirilən mühazirə dərsləri kursantlar tərəfindən böyük maraqla qarşılanıb. Onları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb və mövzular ətrafında müzakirələr aparılıb.








