xəbərlər
“Polis təhsilində transformasiya: süni intellektdən virtual reallığa qədər innovativ yanaşmalar” mövzusunda II Konqres keçirilib.
05.05.2026
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının ev sahibliyi ilə Türk Dövlətləri Polis Akademiyaları Platformasının (TÜRKPAP)
“Polis təhsilində transformasiya: süni intellektdən virtual reallığa qədər innovativ yanaşmalar” mövzusunda II Konqresi keçirilib. Tədbirdə Qazaxıstan, Qırğız, Macarıstan, Özbəkistan, Türkiyə, Şimali Kipr Türk Respublikalarının nümayəndələri iştirak ediblər.
Tədbir zamanı süni intellekt və virtual reallıq texnologiyalarının təlim və istintaq fəaliyyətinə inteqrasiyası, rəqəmsallaşma və simulyasiya əsaslı tədris mühitlərinin tətbiqi, distant, onlayn və hibrid təhsil imkanlarının genişləndirilməsi, kibertəhlükələrə qarşı innovativ yanaşmalar müzakirə olunub, bu sahədə effektiv hüquqi mexanizmlərin təhlili və qlobal təcrübənin paylaşılmasının əhəmiyyətli olduğu vurğulanıb.
Tədbir çərçivəsində süni intellekt və digər rəqəmsal texnologiyalar üzrə ixtisaslaşmış təlim proqramlarının hazırlanması və tətbiqi, virtual və simulyasiya əsaslı təlim mərkəzlərinin yaradılması və texniki bazanın gücləndirilməsi, süni intellektin tətbiqi üçün etik və hüquqi normativ bazanın təkmilləşdirilməsi prioritet istiqamətlər sırasında qeyd olunub.








