xəbərlər
Polis Akademiyasının kursantları Konstitusiya Məhkəməsində tanışlıq səfərində iştirak ediblər
18.05.2026
Polis Akademiyasının Hüquq fakültəsinin I kurs kursantları Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində tanışlıq səfərində iştirak ediblər. Səfərin təşkilində əsas məqsəd təhsilalanların hüquqi biliklərinin artırılması, Konstitusiya Məhkəməsinin strukturu və səlahiyyətləri barədə daha geniş məlumat əldə etmələri, eləcə də məhkəmənin praktiki fəaliyyəti ilə yaxından tanış olmaları olub.
Tanışlıq səfəri Dövlət və hüquq nəzəriyyəsi kafedrasının rəisi, polis polkovniki Babək Nəsirovun və həmin kafedranın müəllimi, polis baş leytenantı Asəf Hüseynovun rəhbərliyi ilə təşkil edilib. Səfər çərçivəsində kursantlar Konstitusiya Məhkəməsinin strukturu, iclas zalları və fəaliyyət istiqamətləri ilə tanış olublar. Həmçinin Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın əməkdaşları tərəfindən məhkəmədə aparılan icraatın xüsusiyyətləri barədə praktiki nümunələr əsasında ətraflı məlumat verilib.
Səfərin sonunda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə bağlı birgə müzakirələr aparılıb, kursantları maraqlandıran suallar cavablandırılıb.








