xəbərlər

Polis Akademiyasında “Sağlamlıq hüquqları və zərərli vərdişlərin profilaktikası” mövzusunda təlim-seminar keçirilib

20.05.2026

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən Polis Akademiyasının Hüquq fakültəsinin II kurs kursantları üçün “Sağlamlıq hüquqları və zərərli vərdişlərin profilaktikası” mövzusunda təlim-seminar təşkil olunub. Təlim-seminarda Akademiyanın Şəxsi heyətlə iş üzrə şöbəsinin baş inspektor-psixoloqu, polis mayoru Azər Hüseynov və tibb xidməti kapitanı Əlisafa Vəlizadə iştirak ediblər.

Seminar zamanı “İctimai Səhiyyə və İslahatlar Mərkəzi”nin baş hüquqşünası Rüstəm Məmmədov və mərkəzin şöbə müdiri Tofiq Musayev çıxış edərək kursantlara sağlamlıq sahəsində prioritetlər və strategiyalar, sağlamlıq hüquqları, eləcə də zərərli vərdişlərin profilaktikası istiqamətində geniş və maarifləndirici məlumatlar veriblər.

Təlim-seminar qarşılıqlı dialoq şəraitində davam etdirilib, kursantları maraqlandıran suallar ətraflı cavablandırılıb.
 
 
  
  
  
 
  
Geriyə | Çap versiyası