xəbərlər
Polis Akademiyasının kursantları Milli Aviasiya Akademiyasında keçirilən hüquqi debatda iştirak ediblər
26.05.2026
Milli Aviasiya Akademiyasında 28 May – Müstəqillik Gününə həsr olunmuş “Cinayətə hazırlığa görə məsuliyyətin dairəsi genişləndirilməlidir” mövzusunda hüquqi debat keçirilib. Cinayət Hüququ fənni çərçivəsində təşkil olunan bu tədbirdə Polis Akademiyasının kursantlarından ibarət komanda iştirak edib.
Debat zamanı hər iki komanda fəal çıxış edərək hüquqi biliklərini, məntiqi yanaşmalarını və analitik düşüncə bacarıqlarını nümayiş etdirib, auditoriyada əsl bilik savaşı yaşanıb. İştirakçılar mövzu ilə bağlı müxtəlif hüquqi arqumentlər səsləndirib və maraqlı müzakirələr aparıblar.
Debatın sonunda münsiflər heyəti tərəfindən hər iki komanda qalib elan olunub, qalibin Azərbaycan təhsili, Azərbaycan elmi və Azərbaycan gəncliyi olduğu xüsusi vurğulanıb. Sonda iştirakçılarla birlikdə xatirə şəkli çəkilib.






.png)





